İndiki dövrdə insanlar əvvəlkinə nisbətən daha çox səyahət edirlər. İnternet, ucuz uçuşlar və digər amillər səyahət və turizm sənayesinin çiçəklənməsinə səbəb olmuşdur. CETA Translations qonaqpərvərlik xidməti təminatçılarına və turizm agentliklərinə bütün dünyada potensial müştərilərlə əlaqə yaratmaq imkanı yaradır. Peşəkar tərcüməçilərimiz ismarıcınızı xarici ölkələrdə yaşayan səyahətçilərə və turistlərə çatdırmağa kömək edə bilərlər. Biz səyahət kitabçaları, broşürlər, uçuş məlumatları, bülletenlər və turizm sektorundakı çoxsaylı müəssisələr üçün menyuları tərcümə edirik. İxtisaslı tərcüməçilərimiz turizm məkanlarının, yeməklərin və adət-ənənələrin orijinal dildəki təsvirinin cəlbediciliyini tərcümə mətnində saxlamaq üçün səylərini əsirgəmirlər. Təqdim etdiyimiz tərcümələrin mətnləri mənbə dildəki mətnlər qədər cəlbedicidir. Öz müəssisənizə daha çox beynəlxalq müştəri cəlb etmək üçün bizə etibar edə bilərsiniz. Otellər, kurortlar, hava yolları və restoranlar bizim daimi müştərilərimizdir.
Turizm Sənayesi Üzrə Tərcümə Xidmətləri
Multilingual services are inherent to the hospitality and tourism sector. CETA Translations offers specialized language services to travel and tourism service providers. Connect with tourists worldwide.